Rusiyadan İrana çağırış: Danışıqlara geri qayıt!
Moskva tərəfləri ən qısa zamanda Vyanada İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqlara qayıtmağa çağırır.
ARANTV.AZ axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
S.Ryabkov nüvə anlaşmasını yenidən qurmaq üçün Qərbi realist olmağa çağırıb:
“İndi bu prosesdəki fasilənin uzanmaması üçün Vyanadakı danışıqlara bir an əvvəl qayıtmağımız vacibdir”.

