Kriminal 

Şirvanda qətl hadisəsi

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

ARANTV.AZ xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini Rəşad Fətullayev aralarında yaranan mübahisə zamanı şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov tərəfindən bıçaqlanıb. Yaralı aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətli törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən A.Adıgözəlov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Cm-nin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


Ölkə.Az

Daha çox xəbərlər