At əti satan şəxs tutuldu
Bərdə rayonunda at ətinin satışı ilə məşğul olan şəxs tutulub.
ARANTV.AZ xəbər verir ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz at əti satışı ilə məşğul olan 1979-ci il təvəllüdlü Babayev Rövşən Qinyaz oğlu saxlanılıb.
At başı kəsərkən tutulan şəxsdən 28 kq at əti müsadirə olunub.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ölkə.Az

