Region Xəbərləri 

Bərdə Olimpiya İdman Kompleksində Ağacəkmə aksiyası keçirilib-VIDEO+FOTO

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Respublikamızın bütün bölgələrində olduğu kimi Bərdə rayonunda da şəhidlərimizin xatirəsinə ithafən ağacəkmə aksiyası keçirilmişdir.

Bərdə Olimpiya İdman Kompleksinin həyətində keçirilən aksiyada  İdman Kompleksinin direktoru Qabil Məmmədov, Bərdə rayon  gənclər idman idaisinin kollektivi,şəhid, polkovnik –leytenant Elzamin Təhməzovun ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, gənclər və idmançılar iştirak etmişdir.

Aksiyada 50 ədəd eldar şamı , kiparis , sərb ağac əkilmişdir.

Daha çox xəbərlər