Gündəm 

10 ay ərzində Azərbaycan “Cənub Qaz Dəhlizi” ilə 14 milyard kubmetrdən çox qaz ixrac edib

İlin əvvəlindən 10 ay ərzində Azərbaycan “Cənub Qaz Dəhlizi” ilə 14 milyard kubmetrdən çox qaz ixrac edib.

ARANTV.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: “Azərbaycan qazı Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstanda istehlakçılara çatdırılıb. Mənim səsləndirdiyim həcmin təxminən yarısını Avropadakı istehlakçılar əldə edib”.

Daha çox xəbərlər