Dünya 

Putin: “Rusiyada 19 milyon yoxsul var”

Rusiyada 19 milyon vətəndaşımız yoxsulluq həddində yaşayır.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Putin Federal Şura və Dövlət Dumasına illik müraciətində bildirib.

“19 milyon rusiyalı yoxsulluq həddində yaşayır. Bu olduqca çoxdur”, – o vurğulayıb.

Qeyd edək ki, Rusiya əhalisinin sayı 146 milyon 793 min 744 nəfərdir. Bir neçə ilə əvvəl Vladimir Putin Rusiya vətəndaşlarının yoxsul yaşadığından utandığını bildirmişdi.

Daha çox xəbərlər