Türkiyədə yeni ƏMƏLİYYAT – Terrora hazırlaşan 10 nəfər saxlanıldı
Türkiyənin İzmir vilayətində polis xüsusi əməliyyat keçirib.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının 10 silahlısı saxlanılıb.
Həmin şəxslərin martın 31-i keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində terror aktları planlaşdırdığı müəyyən edilib.
Qeyd olunur ki, saxlanılanlar, həmçinin bu ay İzmirin sənaye zonasında baş vermiş partlayışın təşkilində iştirak ediblər.

