Britaniya İranın nüvə dövləti olmasının qarşısını almaq üçün bütün imkanlarından istifadə edəcək
Britaniya hakimiyyəti İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün mövcud resurslarından istifadə etmək hüququnu özündə saxlayır.
Bunu Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Elizabet Truss bildirib.
Müvafiq bəyanat Britaniya və İsrail arasında müdafiə, kibertəhlükəsizlik, ticarət, elm və texnologiya mübadiləsi sahəsində dərin əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumunun imzalanmasından sonra keçirilən mətbuat konfransında səsləndirilib.
Qeyd edək ki, noyabrın 29-da Vyanada İranın nüvə proqramına dair sazişin bərpası üzrə danışıqların yeddinci raundu başlayıb.
Mənbə: TASS

