Naftalanda 34 yaşlı qadın dəm qazından zəhərlənib
Naftalanda zəhərlənmə faktı qeydə alınıb.
ARANTV.AZ-ın məlumatına görə, 1987-ci il təvəllüdlü İ.Abdullayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
İlkin məlumata görə 34 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

