Gürcüstan-Rusya yolu yenidən bağlandı
Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol ağır tonnajlı yük maşınları üçün bağlanıb.
ARANTV.AZ yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi hissəsində güclü qar və buz bağlaması səbəbindən yük maşınlarının keçidi qadağan edilib.
Digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

