Gündəm 

*31 dekabr,Dünya Azərbaycanlılarının həmrəyliyi günü.*

Həmrəyliy günü münasibətilə Dünya Azərbaycanlılarını təbrik edirəm.

Azərbaycan Xalqı hər zaman öz birliyi,həmrəyliyi ilə seçilən bir xalq olmuşdur.

Dövlət o deyilki,himni,gerbi,bayrağı,torpağı olsun, Dövlət o zaman dövlətdirki onun bir-birinə dəstək olan xalqı var.Bizim xalqımız bunu hər zaman sübut etmişdir.

Bunun ən bariz nümunəsi 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsidir.

Vətənimiz 1988-1994 – cü illərdə ermənistanın xain,xəyanətkar əməllərinin qurbanı olmuş və işğal edilmişdi.

Ta ki,2020-ci il 27 sentyabr səhər saat 06.00 radələrində ermənistanın növbəti təxribatına kimi.

27 sentyabrda Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayaraq Vətənimizin azadlığı uğrunda ayağa qalxdı.Bu döyüşlərdə həmrəyliyimiz özünü çox gözəl şəkildə sübut etdi

Ön cəbhədə ordumuz,arxa cəbhədə xalqımız bir olaraq 44 gündə,düşmənin 6 ildə işğal etdiyi torpaqları düşmən əsarətindən xilas etdi.

Talışı,Ləzgisi,Avarı,Udini, bir sözlə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib düşmənin bağrını yardı.

Bu döyüş əməliyyatlarında xalqımızın *3000*- dən çox Vətən övladı Şəhid oldu, *10000* dən çoxu yaralandı.

Cənab Prezidentimiz İlham Əliyevin apardığı gözəl siyasət,ordumuzun gücü,xalqımızın həmrəyliyi ilə əzəli torpaqlarımızdan düşmən ayağı kəsildi.

Vətənin müdafiəsi,azadlığı,suverenliyi naminə, qəhrəmancasına Şəhid olmuş Astara rayon Sipiyəpard kənd tam orta məktəbin məzunu olan Elnur Qədir oğlu Əbdulov kimi eloğlumuzu

fəxrlə anırıq,onunla hər zaman qürur duyuruq.

 

*”Biz Vətən məcnunu,el aşiqi,sülh əsgəriyik,biz vətən naminə ölsək dirilərdən biriyik…”*

 

Bəli Vətən naminə Şəhid olanlar,heç vaxt unudulmaz,hər zaman ürəklərdə yaşayar.

*Mübarizlər,Pəncəlilər,Poladlar,Xudayarlar,Elnurlar* 30 illik həsrətə son qoyan,minlərlə qəhrəman oğullar,heç vaxt unudulmaz. Onları yaşadan xalqımızın birliyi,həmrəyliyidir.

 

Həmrəyliyimiz daimi olsun.🇦🇿

 

Həbibov Elman Eynəli oğlu

Daha çox xəbərlər