Bakıda usta faciəvi şəkildə öldü

Qəbələ sakini Bakıda binadan yıxılaraq ölüb.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, o, paytxatdakı binalardan birində usta işləyirmiş.

Belə ki, Qəbələ rayon Tikanlı kənd sakini, 1981-ci il təvəllüdlü Rahim İbrahim oğlu Cəlilov usta olaraq çalışdığı binadan yıxılaraq ölüb.

Məlumata görə, 41 yaşlı R.Cəlilov ailəsi ilə birlikdə Bakının Ramana qəsəbəsində yaşayıb və ev təmiri ilə məşğul olub.