Hadisə 

Bakıda daha bir mənzildə qadın meyiti tapıldı – YENİLƏNİB

Bakıda daha bir mənzildə qadın meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Məmmədova Zərqələm Əjdər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

09:39

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Daha çox xəbərlər