Hadisə 

Bakı sakini güllələnib

Bakının Suraxanı rayonunda güllələnmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Cavadov İlkin Miraslan oğlu naməlum şəxs tərəfindən odlu silah vasitəsilə güllələnib. O, sol bazu və döş qəfəsindən güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. Hazırda İ.Cavadov cərrahi əməliyyat olunur.

Daha çox xəbərlər