Avropa İttifaqı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və teleaparıcı Vladimir Solovyova qarşı sanksiyalar tətbiq edə bilər.
Bu barədə “Financial Times” məlumat yayıb.
Bir müddət əvvəl ABŞ-ın “Politico” nəşri də Aİ-nin “Russia Today” xəbər agentliyinin və telekanalının baş redaktoru Marqarita Simonyana və Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoya qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildirib.
Mənbə: “RİA Novosti”
