Hadisə 

Qusarda DƏHŞƏT – Sərxoş kişi maşının altında qalıb öldü

Qusarda ağır yol qəzası baş verib.

ARANTV.AZ xəbər verir ki, Qusar-Ləzə yolunun 24-cü kilometrliyində “Opel Zafira” markalı minik avtomobili piyadanı vurub öldürüb.

Ağır xəsarət alan rayonun Zindanmuruq kənd sakini, 1965-ci il təvəllüdlü Cabbar Ağamuradov hadisə yerində ölüb.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə vaxtı piyada sərxoş vəziyyətdə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.publika.az

Daha çox xəbərlər