Qazaxda daha bir gənc bıçaqlanıb
Qazax rayonunda bıçaqlanma olub.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Hüseynbəyli kəndində qeydə alınıb.
Kənd sakini, 2002-ci il təvəllüdlü Sənan Hüseynov mübahisə zəminində 1981-ci il təvəllüdlü Ramiz Rəhimov tərəfindən bıçaqlanıb.
S.Hüseynov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara aparılır.
Qeyd edək ki, Qazaxda bu gün daha bir bıçaqlanma hadisəsi qeydə alınıb.

