Şok kadrlar: Bakının mərkəzində “it yatağı” – FOTO
Bakı metropolitenin “İçərişəhər” stansiyasının qarşısında bu səhər əcaib mənzərə vardı. 14 sahibsiz köpək yeraltı keçidin altında uzanıb özlərini günə verirdilər.
ARANTV.AZ milli.az-a istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin bir neçə addımlığında, şəhərin mərkəzində, hərəkətin gur yerində belə situasiyanın olmasına müvafiq dövlət orqanları nədən yol verirlər? Sahibsiz itlərin vətəndaşlar üçün hansı təhlükə kəsb etdiyini xatırlatmağa isə lüzum yoxdur.



