Region Xəbərləri 

31 Mart Soyqırımın 104 illiyi

Bu gün xalqımızın ən ağırlı günlərindən biri Mart soyqırımının 104 illiyi Respublikamızın bütün bölgələrində qeyd edilir. Bu faciə təkcə xalqımıza qarşı deyil, bütün insanlığa edilmiş ağır cinayətdir. XIX-cu əsrin əvvəllərində İran-Osmanlı dövlətlərindən ermənilərin Azərbaycana köçürülməsi və onların mərkəzi şəhərlərində yerləşdirilməsi xalqımız üçün yeni faciə ocaqlarının yaranmasına səbəb olmuşdur. Məlumdur ki, bu faciələrdən ən dəhşətlisi Mart faciəsidir.1917-ci il oktyabr çevrilişindən sonra demokratiya və milli azadlıq şüarı altında “Bölünməz Rusiya” yaratmaq eşqi ilə yaşayanlar müstəqil dövlət qurmaq istəyən xalqların, o cümlədən azərbaycanlıların 1917-ci ilin dekabrın 16-da Petroqradda XKS-iclasında”Qafqazda vəziyyət haqqında” məsələ müzakirə edilmiş və Bakı sovetinin sədri S.Şaumyan Qafqazın fövqalədə komissarı təyin edildi.Daşnaq Avetisyan Bakıda yaradılan Qızıl Ordu qərərgahının rəisi vəzifəsinə irəli çəkildi, Amazas həmin ordunun 3- cü briqadasının, daşnaq polkovniki Qazarov isə korpus komandiri vəzifəsinə təyin olundular. 1918-ci ilin əvvəllərində Şaumyanın köməkliyi ilə Bakida 8 min dən cox erməni silahli dəstələri yaradılmışdır. Qafqaz cəbhəsindən və İrandan qayıdan rus əsgərlərinin də böyük bir hissəsi bu dəstələrə qoşulmuşdular. 1918-ci ilin martın 15-də Bakı Sovetinin iclasında S.Şaumyan açıq bildirirdi ki, “ Bakı Soveti Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına çevrilməlidir. Təkcə onu demək kifayətdir ki, Bakı komisarları sırasında 19 erməni bir neşə rus və başqa millətin nümayəndələri və cəmi 2 azərbaycanlı-M.Əzizbəyov, Mirhəsən Vəzirov var idi.Hələ 1918-ci ilin əvvəllərində daşnaq Şaumyan, Saakyan,Lalayan,Avakyan, daşnaq generallarından Antranik, Dro, Kerı və Muradyandan ibarət xüsusi əqidə sahibləri onların silahlı bandaları yalnız Bakıda deyil Şamaxı, Lənkəran, Quba qəzalarında, Muğan Şirvan bölgələrinda təsəvvür edilməyən vəhşiliklərlə əhalini qılıncdan keçirirdilər. Təkcə İrəvan quberniyasında 197 Azərbaycan kəndi dağıdılmış, 100.626 nəfər müxtəlf məhrumiyyətlərə məruz qalmışdılar. Gəncə quberniyasında 62, Qarabağ mahalında 157, Bakı quberniyasında 229 yaşayış məntəqəsi dağıdılmışdır. 1918-ci ilin martın 14-də Əmirovun komandanlığı altında Şamaxıya bolşevik dəstələri göndərildi. Martın 17-də axşam “Evelina” gəmisində bir çox qadın, uşaq,qoca,müsavat nümayəndəsi və 38 nəfər “Diki diviziya” əsgərləri Lənkərana getməli idilər. Martın 18-də gəmidə münaqişə yaradıldı və nəticədə martın 18-22-si arasında erməni daşnakları “Şura bayrağı” adı altında 12 min nəfərdən cox azərbaycanlı məhv etdilər. Bakının bütün azərbaycanlılardan ibarət olan “ Məmmədəli” və “ Zibilli dərə” deyilən məhəllələrin əhalisi tamamilə məhv edildi. Şəhərdə “açıq söz” qəzeti redaksiyası, Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi İslamiyyə binası yandırılmışdır. Qanlı xarakter almış Türk- müsəlman soyqırımı aprelin 2-də gecə yarıya qədər davam etmişdir. 3 gün davam edən qanlı qırğında 15min azərbaycanlı öldürülmüşdür.
Mart hadisələri tək Baki ilə məhdudlaşmadı.Lalayan və Əmirovun daşnaq dəstələri aprelin 3-16 da Şamaxı əhalisinə divan tutdular. 8 mindən cox azərbaycanlı öldürüldü, 72 kənd dağıdıldı. Hamazaspn başçılıq etdiyi dəstə Quba qəzasının 162 kəndini yandırıb, 16 mindən cox müsəlman öldürdülər. Bu soyqırım zamanı S.Şaumyan aprel ayında Leninə yazdığı məktubda daşnaqların milli qırğında iştirakının bolşeviklər tərəfindən qəsdən təşkil olunduğunu etiraf etmişdir. BMT baş məclisinin 1949-cu ilin dekabrın 9-da qəbul edilən Beynəlxalq Konvensiyası bu formada törədilən kütləvi cəza aksiyalarını hüquqi baxımdan genosit siyasəti hesab etmişdir. 57 mindən artıq insan itkisinə gətirib çıxaran bu hadisə Azərbaycanda sovetləşmə ideyasına güclü zərbə vurdu.
M.Ə.Rəsulzadə qeyd edir ki,Bakıdakı mart hadisələrini yada salarkən,o günlərdə icra edilən vəhşiliklərə,zülmə,yıxılan xanimanlara,dağılmış evlərə, təhqir olunmuş namuslara nəzər yetirərkən insanın bir anda dönüb canavardan da betər hala düşmək ləyaqətində dəxi olduğunu görürük. Daşnak-bolşevik şaumyançılar “Sizə muxtariyyət deyil, xarabalar verəcəyiz” deyirdilər.
1918-ci ilin mart qırğını günü ADC höküməti tərəfindən milli matəm günü elan edilmiş,bu gün iki dəfə 1919 və 1920-ci illərdə qeyd edilmişdir. Bolşevik istilasından sonra bu günün qeyd edilməsi qadağan edilmişdir. Matəm günü heç bir dövlət müəssisəsində iş olmamışdır.
Mart soyqırımına ilk dəfə siyasi qiyməti ümumilli liderimiz Heydər Əliyev tərəfindən 26 mart 1998-ildə imzaladığı fərmanla verilmişdir. Fərmana əsasən 31 mart azərbaycanlıların soyqırımı günü elan edildi.
Bu hadisə Azərbaycan xalqı arasında milli birlik və müstəqil dövlətçilik ideyasını gücləndirdi və bunun nəticəsiydi ki, mayın 18-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cəmi 23 ay mövcud olan AXC bolşevik emissarları tərəfindən 1920-ci il aprelin 28-də süquta uğradıldı. Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra məqsədli şəkildə xalqımıza qarşı genosid siyasəti davam etdirildi.1988-ci ildən başlanan qondarma “Dağlıq Qarabağ” problemi xalqımızın başına yeni faciələrin gətirilməsindən xəbər verirdi.20 Yanvar, Xocalı faciəsi bunun bariz nümunəsidir. Bu faicələrdən sarsılmayan azərbaycan xalqı müstəqilliyini elan edərək dünya ölkələri arasında özünə layiqli yer tutmuşdur. Erməni sepratizminə qarşı ən böyük zərbə 2016-cı ilin aprel ayında vuruldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.Azad olunmuş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalandı. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. 44 günlük savaş xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı. 8 noyabr 2020-ci il tariximizə Zəfər günü kimi qeyd edildi.
Qısa müddət ərzində azərbaycanın xeyli ərazisi işğaldan azad edildi. İnanırıq ki,Azərbaycan Prezidenti Ali Baş komandanımız İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan ordusu vaxtilə soyqırım törədilmiş əzəli Azərbaycan torpaqlarını işğaldan azad edəcək,Zəngəzur, Göyçə mahallarında Azərbaycan bayrağı dalğalanacaqdır.
Mübariz Rüstəmov
Laçın rayon Qışlaq kənd tam orta məktəbinin direktoru,
YAP Laçın rayon təşkilatı 43 saylı ƏPT-nin sədri

Daha çox xəbərlər