Mismarla övlad arzusunu “reallaşdıran” pir – FOTOREPORTAJ
İllərlə övlad arzusunda olanlar tibbin mümkün edə bilmədiyini bir mismardan gözləyirlər. Daşa batırılan mismarın onlara istədiklərini verəcəyini düşünürlər.
İnanca görə, Novxanı ərazisində yerləşən və iki-üç əsrlik yaşı olan bu daşlar, kiminsə övladı olmasa, onlara “yardım edir”. Uşaq istəyənlər bir mismarı həmin daşlara vurmalıdırlar. Kimin mismarı əyilməzsə, uşağı olacaq.
“Global Photo Stock”un əməkdaşı həmin pirin görüntüsünü kamerasının yaddaşına köçürüb.
Həmin fotoları təqdim edirik:

