Kürdəmirdə DƏHŞƏT – 2 uşaq anası olan 28 yaşlı qadın…
Kürdəmir rayonunda intihar hadisəsi baş verib.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, rayonun Pirili kənd sakini, 1991-ci il təvəllüdlü Səfərova Gülnarə Əliyar qızı özünü yaşadığı evdə asaraq intihar edib.
2 uşaq anası olan qadının hansı səbəbdən həyatına son qoyması hələlik bəlli deyil. Ailə üzvləri Gülnarənin hər hansı ciddi probleminin olmadığını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

