Azərbaycanda toyda qan düşdü
İmişli rayonunda toyda dava düşüb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, martın 24-də rayonun Məzrəli kənd sakini Adil Nuriyevin həyətində toy şənliyi üçün mağar qurulub və məclis zamanı naməlum şəxs əlindəki bıçaqla Gövhərli kənd sakini, 1956-ci il təvəllüdlü Mustafa Zamanovu sinəsindən bıçaqlayıb.
Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi başlanılıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində istintaq hərəkətləri davam etdirilir.

