Bakıda mənzildə meyiti tapılan qadın müəllim imiş…

Ötən gün Bakıda mənzildə meyiti tapılan qadının kim olduğu müəyyənləşib.

ARANTV.AZ  “Qafqazinfo”ya istinadən bildirir ki, Nəsimi rayonunda mənzildə meyiti aşkarlanan 1953-cü il təvəllüdlü Kazımzadə Canetta Əliağa qızı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi olub.

Uzun illər akademiyada Fransız dili fənnini tədris edən müəllim, ötən il yaşla əlaqədar təqaüdə çıxıb. Məlumata görə, C.Kazımzadə tək yaşayırmış.