Gündəm 

Standart and Poors Azərbaycan iqtisadiyyatını BB+ stabil reytinqi ilə qiymətləndirib

ARANTV.AZ xəbər verir ki, dünyanın nüfuzlu reytinq agentliyi hesab edilən Standart and Poors tərəfindən Azərbaycanın kredit reytinqinin BB+ stabil səviyyəsində təsbit edilməsi, Dünya Bankı, Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycanın mövqeyinin yaxşılaşması ilə səsləşir. Bu həm də o deməkdir ki, artıq dünyanın reytinq tərtib edən bütün mötəbər qurumları Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların real nəticələrini qəbul edir və Azərbaycanı MDB-də ən islahatçı ölkə kimi dəyərləndirirlər.Ölkəmizə  sürətlə artan inam fonunda isə  kredit reytinqlərinin yüksəlməsi  Azərbaycan iqtisadiyyatına  bir sıra üstünlüklər verir.Belə ki,bu amil ilk növbədə investisiyanın cəlbini asanlaşdırır, ölkədə sağlam investisiya mühitinin mövcudluğunu və risklərin az olduğunu şərtləndirir,həmçinin, real sektorun inkşafına və biznes mühitinin yaxşılaşmasına mühüm təsir göstərir.İstər Cənubi Qafqaz regionunda, istərsə də digər qonşu dövlətlərlə müqayisədə daha yüksək kredit reytinqi ,eyni zamanda, regionda marağı olan investorların Azərbaycana daha çox meyl etməsi perspektivini gündəmə gətirir.Yüksək kredit reytinqi  kapital ixracının zəifləməsində də az rol oynamır.Çünki ölkə iqtisadiyyatına inam artır və bu səbəbdən də investorların ölkədaxili iqtisadi fəaliyyəti üçün əlavə stimul yaranır.Məhz belə olduqda onlar vəsaitlərini iqtisadiyyatın  müxtəlif sahələrinə yatırır və nəticədə real sektorun inkşafına müsbət dinamika verir.Yüksək kredit reytinqi mühüm özəliklərindən biri də  Azərbaycanın beynəlxalq maliyyə bazarlarına çıxışını  asanlaşdırmasıdır. Çünki maliyyə bazarlarında investorlar hər bir ölkəni onun 8 kredit reytinqinə əsasən qiymətləndirirlər və bu yüksək olduqda həmin ölkənin qiymətli kağızlarına maraq artır. Məsələyə bu kontekstdə yanaşsaq onda Socarın avrobondlarına olan inam və tələbin yüksəlməsi aydın görünər.Məhz tələbin təklifi üstələməsi  avrobondların birjalarda qiymətlərini artır.Statistikada göstərir ki,Azərbaycan istiqarazlarına ABŞ, Britaniya, Almaniya investorlarının  tələbi 90%  həddindədir, qalan 10%-ni isə digər ölkələr, o cümlədən Sinqapur və İsrail əldə edir.Yüksək reytinq eyni zamanda,Azərbaycanın qiymətli kağızlar bazarının inkşafına da birbaşa təsir edir,desək yanılmarıq.Təhlükəsiz və sağlam iqtisadiyyat ölkədə fəaliyyət göstərən şirkətlərin qiymətli kağızlara olan marağının artması ilə nəticələnir. Ölkəyə kapital idxalının yüksəlməsi fəaliyyət göstərən şirkətlərin sayının və potensialının gücləndirir və bununla da şirkətlərin daha çox səhm emissiya edərək investorlar cəlb etməsi ilə qiymətli kağızlar bazarının inkşafının sürətlənməsinə şərait yaradır.Yüksək kredit reytinqinin digər əhəmiyyətli üstünlüyü manatın sabitliyinin qorunmasına və manata təzyiqlərin azalmasına təsir etməsidir. Belə ki, bu faktor xarici kapital axınını sürətləndirdiyi üçün tədavülü artırmadan əmtəə dövriyyəsinin həcmi və sürəti yüksəlir.Nəticədə ümumi daxili məhsul yüksələn xətlə gedir və bu da öz növbəsində məşğulluğun artmasına,inflyasiyanın zəifləməsinə gətirib çıxarır.Başqa sözlə,əlavə pul emissiyası həyata keçirmədən əlavə dəyər yaradılması manatın möhkəmliyini artırır.Beləliklə, uzunmüddətli dövr üçün Azərbaycanın kredit reytinqini digər ölkələrin kredit reytinqləri ilə müqayisə etdikdə ölkə iqtisadiyyatının gücləndiyinin və dünya ölkələri arasında mövqeyinin möhkəmləndiyinin şahidi oluruq.

Daha çox xəbərlər

Leave a Comment