Cəmiyyət 

Azərbaycanda sadələşdirilmiş qaydada 30-dan çox bınanın istismarına icazə verilib

Bu günədək Azərbaycanda çoxmənzilli binaların istifadəsinə icazələrin verilməsinin sadələşdirilməsi barədə fərman çərçivəsində 30-dan çox bınanın istifadəsinə icazə verilib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

O qeyd edib ki, bu proses hazırda davam edir:

“Bu məsələ aktual olduğu üçün biz prosesləri sürətləndiririk”.

Sədr müavini vurğulayıb ki, icazə yalnız şəhərsalma norma və qaydalarına uyğun tikilmiş obyektlərə verilir. O əlavə edib ki, indiyədək normalara uyğun olmayan 400 obyekt aşkar edilib.

Daha çox xəbərlər