Tovuz rayonunda yaşlı qadın naməlum şəraitdə xəsarət alıb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qaraxanlı kəndində baş verib.
Kənd sakini, 1940-cı il təvəllüdlü Kərimova Firuzə Məcid qızı sol bud nahiyəsinin kəsilmiş yarası və budun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadının dediyinə görə, həyətlərində yıxılıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
