Hadisə 

Sumqayıtda yolu keçmək istəyən 13 yaşlı qızı maşın vurub öldürdü

Sumqayıtda yol- nəqliyyat hadisəsi baş verib. İnsident şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

ARANTV.AZ  “qafqazinfo”ya istinadən xəbər verir ki, “Xəzər Azamand” markalı avtomobil yolu keçmək istəyən piyada 2009-cu il təvəllüdlü G.Babayevanı vurub.

Qəza zamanı 13 yaşlı G.Babayeva aldığı xəsarətlərdən dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər