Demet Akalın yeni albomdan ilk klipini təqdim edib – video
Türkiyəli müğənni Demet Akalın nəhayət ki, “Ateş” albomundan ilk klipini təqdim edib. ARANTV.AZ-ın xəbərinə görə, “N’apıyorsan Yap”mahnısına çəkilən klip Türkiyənin məşhur “NetD” musiqi portalında təqdim olunub. “N’apıyorsan Yap” adlanan bəstənin sözləri və musiqisi Tan Taşçıya məxsusdur. Müğənninin uzun müddətdən sonra təqdim etdiyi klipin rejissoru Türkiyənin bir çox məşhur sənətçiləri ilə çalışan Nihat Odabaşıdır.

