Bakıda “28 Mall”dan gödəkçə oğurlayan keçmiş məhkum yaxalandı
Bakıda ticarət mərkəzində oğurluq edən şəxs yaxalanıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “28 Mall” Ticarət Mərkəzində baş verib.
Ticarət mərkəzinə daxil olan Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Fərid Abdulhadi mərkəzdəki mağazalardan birindən bahalı gödəkçəni geyinərək hadisə yerindən qaçıb.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində F.Abdulhadi saxlanılıb.
Məlum olub ki, F.Abdulhadi əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.

