Bakıda 24 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirildi
Bakıda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən İlkin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
ARANTV.AZ “Ölkə.Az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 24-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Xətai rayonu İnqilab İsmayılov küçəsində baş verib. 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanıb. Hadisəni görən mərhumun atası dərhal polisə məlumat verib.
Məlum olub ki, İlkin Abdullayev keçmiş həyat yoldaşına 8 bıçaq zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş İlkin Abdullayevi saxlanılıb.
Qeyd edək ki, cütlüyün birgə nikahdan iki azyaşlı övladı var.

