“Tacikistan alüminium istehsalı və ixracı sahəsində Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır”.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematullo Hikmatullozoda deyib.
Nazirin sözlərinə görə, Tacikistan xüsusilə alüminiumun ixracında Azərbaycanın tranzit potensialının istifadə olunmasında maraqlıdır.
