13 nəfər şaurmadan zəhərləndi – Rusiyada
Rusiyanın Novosibirsk şəhərində kafelərin birində 13 nəfər şaurmadan zəhərlənib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı deyilir.
Hadisə ilə əlaqədar şaurmanın satıldığı müəssisədə araşdırmalara başlayıb.
Digər təfərrüatlar barədə məlumat verilmir.

