Kriminal 

Bakıda sərxoş kişini bıçaqladılar

Gecə saatlarında Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Füzuli naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Xəsarət alan şəxs hadisə zamanı içkili vəziyyətdə olduğundan onu kimin bıçaqladığı məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər