Məşhur cütlük yenə seriala çəkilir – Bu dəfə sevgili obrazında
Yenicə nişanlanan aktyorlar – Ülviyyə Xəlilbəyli və Murad İsmayıl birlikdə seriala çəkilirlər.
ARANTV.AZ Milli.Az-a istinadən xəbər verir ki, cütlük bu dəfə ekran işində sevgili rollarını canlandıracaqlar.
Ekran işinin rejissoru Vüsal Məmmədovdur.
Qeyd edək ki, cütlük bundan öncə “Vicdan haqqı” serialına da birlikdə çəkilmişdi.




