Dünya 

Ukraynada qızılca xəstəliyi hələ də can alır

Bu xəstəlik ən çox Ukraynanın qərb bölgəsində yayılıb

2018-ci ilin dekabrın 28-dən 2019-cu ilin mayın 1-nə qədər Ukraynada qızılca xəstəliyindən həlak olanların sayı 16 nəfərə çatıb, bunlardan 3-ü uşaqdır.

Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Qızılca xəstəliyindən sonuncu ölüm faktı aprelin son günlərində qeydə alınıb. Nəticədə 12 yaşlı qız həlak olub.

Hesabat dövründə Ukraynada 43783 nəfər qızılca xəstəliyinə tutulub.

Bunlardan 23424-ü uşaq olub.

Bu xəstəlik ən çox Ukraynanın qərb bölgəsində yayılıb.(AZƏRTAC)

Daha çox xəbərlər