Dünya 

Bu ölkənin deputatı evlənmək üçün baş həkimi QAÇIRDI

İnquşetiya Xalq Şurasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü evlənmək məqsədi ilə qız qaçırıb.

ARANTV.AZ  unikal.org-a istinadən xəbər verir ki,qaçırılan qız Malqobek Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olub. Məsələni respublikanın ağsaqqaları yoluna qoyublar və mayın 2-də toy etmək qərara alıb.

Qız qaçırma ilə əlaqədar deputata 200 min, onunla əlbir olan şəxslərə isə 100 min rubl cərimə kəsilib.

Daha çox xəbərlər