Tovuz rayonunun Əsrik kənd sakini ehtiyatsızlıqdan xəsarət alıb.
ARANTV.AZ oxu.az-a istinadən bildirir ki, sərxoş şəxs iştirak etdiyi məclisdə oynayan zaman ehtiyatsızlıqdan pəncərəyə toxunub.
Nəticədə pəncərənin şüşəsi qırılaraq onun üzərinə düşüb və əl-qolunu kəsib.
Yaralı dostları tərəfindən xəstəxanaya aparılıb.
O, əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
