Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı açıqlama yayıb.
Nazirliyin “Twitter” səhifəsində yayılan açıqlamada bildirilir:
“Moldova bu gün İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə təhlükəsizlik xidmətinin rəisinin ölümü və iki mühafizəçinin yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə pisləyir”.
