Sumqayıtda gənc oğlan intihara cəhd edib
Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib.
ARANTV.AZ report-a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü yerli sakin Sadıxov Orxan İnşallah oğlu yaşadığı 18-ci mikrorayon, ev 38, mənzil 38-də özünə bıçaqla ağır xəsarətlər yetirib.
Yaralı kəsilmiş-deşilmiş yaralarla dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Cərrahi əməliyyat olunan gəncin vəziyyəti hazırda orta-ağırdır.
İntihara cəhdin səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

