Gündəm 

Bu il Azərbaycan şəkər ixracını 78% artırıb

Bu ilin yanvar- fevral ayı ərzində Azərbaycan 7 mln. 385.17 min dollar dəyərində 10 min 38.82 ton şəkər ixrac edib.

ARANTV.AZ Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən şəkərin dəyəri 78.4% və ya 3 mln. 247.19 min dollar, həcmi isə 59.2% və ya 3 min 733 ton artıb. 2022-ci ilin eyni dövründə Azərbaycandan 4 mln. 137.98 min dollar dəyərində 6 min 305.58 ton şəkər ixrac edilib.

Xatırladaq ki, cari ilin yanvar ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.90%-ə bərabər olub.

Daha çox xəbərlər