Region Xəbərləri 

Bərdənin 3 saylı musiqi məktəbində novruz şənliyi təşkil edilib+Fotolar

Bərdə şəhər 3 saylı uşaq musiqi məktəbində novruz şənliyi təşkil edilib.

ARANTV.AZ xəbər verir ki, Novruz atributlarına uyğun olaraq səhnələşdirilmiş oyunlar göstərilib. Tonqal ətrafında halay çəkib rəqs edən şagirdlər məharətlərini nümayiş etdiriblər. Məktəbin xanəndələri Azərbaycan xalq mahnılarını yüksək peşəkarlıqla səsləndiriblər.

Sonda məktəb direktoru tədbirdə fəal iştirak edən şagirdləri fəxri fərmanlarla mükafatlandırıb.

Daha çox xəbərlər