2 azyaşlıya görə FHN AÇIQLAMA YAYDI
Mingəçevirdə 2 nəfər azyaşlı bağlı qapı arxasında qalıb.
ARANTV.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.Unikal.org

