Gündəm 

Taleh Ziyadov Bakı limanında yeni terminalın işə salınacağı vaxtı açıqladı

“Bakı Limanının mineral gübrə terminalının iyun-iyul aylarında işə salınacağı planlaşdırılır”.

ARANTV.AZ  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, terminalın tikintisi mayın sonuna qədər bitməlidir:

“Gübrə terminalı əhəmiyyətlidir. O, Mərkəzi Asiyadan Qərbə böyük həcmdə mineral gübrələr aşırır. Terminalın gücü illik 1-1,5 milyon tondur. Mineral gübrələrin aşırılmasında limanın ümumi potensialı isə ildə 2,5 milyon ton olacaq”.

Daha çox xəbərlər