Fransanın Montereau qəsəbəsinin bələdiyyə başçısı Jean Debouzy “uşaqsız qədəbə ölü qəsəbədir” deyərək mübahisələrə səbəb olan bir kampaniya başladıb.
ARANTV.AZ bildirir ki, o, doğuş səviyyəsinin artması məqsədilə bölgədə yaşayan cütlüklərə bələdiyyə tərəfindən pulsuz viaqra paylanacağını açıqlayıb.
Debouzy hələ dərman təchizatı başlamasa da yerli məclisin razılığını aldıqdan sonra paylayışlara başlayacaqlarını bildirib.
Amma bələdiyyə başçısının bu qərarı sağlamlıq mübahisələrinin böyüməsinə səbəb olub.
Qəsəbədəki vətəndaşlar Fransadakı viaqranın sadəcə həkim resepti ilə alına bilməsinə baxmayaraq tibbi mütəxəssislərə bildirmədən vətəndaşlara satılmasının təhlükəli ola biləcəyini bildiriblər.
Fransadanın ölkədəki gənc nüfuzu artırmaq üçün bəzi tədbirlər gördüyü məlumdur. Hökumət bu istiqamətdə uşaqlı ailələrə vergi endirimləri və uşaq baxımı xidmətləri təqdim edir, iş yerləri də valideynlərə uşaqları 3 yaşında olana qədər icazədən istifadə haqqı verir.
Məlumatlara görə, 2018-ci ildə Fransadakı doğuş səviyyəsi 2.6 idi. Bu səviyyə İngiltərə, Almaniya və Amerika ilə müqayisə olunduqda yüksək olsa da, ölkədəki doğuş səviyyəsinin əvvəlki illərə nisbətən aşağı düşdüyü bildirilib.metbuat.az
