Hadisə 

“Gelandewagen” Binəqədidə qəza törədib – VİDEO

Gecə saatlarında Bakının Binəqədi rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, rayonun “Varovski” dairəsi adlanan ərazidə hərəkətdə olan “Mercedes Gelandewagen” markalı minik avtomobili dairəvi yola daxil olarkən yol nişanının tələbini pozub. Nəticədə, avtomobil qarşıdan gələn “90-KP-804” dövlət nömrə nişanlı “KİA” markalı minik maşınına çırpılıb.

Qəzada xəsarət alan olmasa da, avtomobilllərə maddi ziyan dəyib.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı aparılan araşdırmalardan sonra məlum olacaq.

oxu.az

Daha çox xəbərlər