Gündəm 

SOCAR prezidenti: “Azərbaycanda qaz hasilatı artacaq”

2019-cu ilin sonunadək Azərbaycanda qaz hasilatının 20 faiz artacağı proqnozlaşdırılır.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnaslitlərə açıqlamasında deyib.

O bildirib ki, 2018-ci ildə qaz hasilatı əhəmiyyətli dərəcədə artıb və bu tendensiya növbəti illərdə də davam edəcək.

Daha sonra şirkətin xarici investisiyalarından danışan R.Abdullayev deyib ki, SOCAR Türkiyədə ən iri investordur:

“Bu günədək biz Türkiyə iqtisadiyyatına 15 milyard dollar investisiya qoymuşuq, gələcəkdə bu göstəricinin 19,5 milyard dollaradək artırılması planlaşdırılır”.

Daha çox xəbərlər