Şamaxıda ağır qəza: iki qardaş öldü

Şamaxıda ağır avtomobil qəzası baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 118-ci kilometrliyində Şamaxı şəhərinin girişində baş verib.

Qəza zamanı “Niva” markalı avtomobil “SHACMAN”la toqquşub. Hadisə nəticəsində avtomobilin sərnişini və sürücüsü dünyasını dəyişib.

Onların qardaş olduğu bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.