Gündəm 

Ya ABŞ-ın yanında olursan, ya da…

Amerika düşünür ki, hər istədiyi yerə məsələn, göydən “desant” kimi düşə bilər, düşdüyü yerdə də hamı “sizi verənə şükür” deyib, onlara alqış etməlidir

Bu günlərdə yerli ekspertlərdən birinin fikrinə rast gəldim ki, Qafqazdakı geopolitik savaşda Amerika mütləq qalib gələcək.

Amerikanın Cənubi Qafqazda “qalib gəlməsi” şəxsən bu adamların nəyinə lazımdır, bunu deyərkən Rusiyanın acığına, yoxsa hansısa ciddi təhlilə əsaslanırlar, bunu söyləmək çətindir.

scale_1200~2.jpg (57 KB)

Amerikanın Azərbaycanda “5-ci kolon”u, filanı yoxdur, çünki bunun üçün ən azı möhkəmlənmək istədiyin ölkədə illərlə real siyasət aparmalısan. Amerika düşünür ki, hər istədiyi yerə məsələn, göydən “desant” kimi düşə bilər, düşdüyü yerdə də hamı “sizi verənə şükür” deyib, onlara alqış etməlidir.

İnanmıram ki, Sem dayı onları dəstəkləmək və təbliğ etmək qarşılığında belələrinə məsələn, maddi dəstək versin. Çünki real olmayan heç nəyə kapitalist pul verməz. Deyim ki, belə “amerikançılar” ölkəmizdə var və onların da mövqeyinə hörmət etmək lazımdır. Amerikanın yanında olmaq ən rahat seçimdir, ən güclü vaxtlarında “Barselona” ya azarkeşlik etmək kimidir, bilirsən ki, sonda ən azı məğlubiyyət olmayacaq.

Bu adamlar son aylara kimi ABŞ-ın və Avropa Birliyinin daha ədalətli vasitəçi olması barədə də ağızdolusu danışırdılar, açıq deyirdilər ki, Moskva sülh istəmir, amma Qərb bunun üçün az qala alışıb-yanır…

Prezident Əliyev də dəfələrlə bəyan etmişdi ki, sülh vasitəçiliyində Vaşinqtonun da, Brüsselin də səylərini dəstəkləyir. İlham Əliyevin çıxışlarını diqqətlə izləyənlər onu da bilir ki, Prezidentin heç vaxt bu paytaxtların vasitəçiliyinə xüsusi optimizmi də olmayıb. Yəni indiki vəziyyət ABŞ-ın və onun vassalı kimi çıxış edən Avropa Birliyinin (onun parlamenti) aşkar qərəzli mövqeyi Prezident Əliyev üçün qətiyyən gözlənilməz deyildi.

Ukrayna müharibəsi konteksində dünyada baş verən geopolitik proseslər fonunda Azərbaycanın Qərbin (ABŞ-ın) yanında yer almasını deyənlər də var.

ukraine-un-pays-sous-influence-illustration.jpg (95 KB)

Zənnimcə, Azərbaycan “qalib Qərbin yanında yer almalıdır” (yer tutmalıdır və ya özünə yer etməlidir və sairə…) gerçəkliklə yaxından-uzaqdan əlaqəsi yoxdur. Çünki Qərbin Ukraynada özünə qazdığı quyudan necə çıxacağı müzakirə mövzusudur.

İndi Ermənistanda və Qərbdə danışıqlar prosesində əldə oluna biləcək razılaşmaların həyata keçirilməsi üçün qarant ölkələrin zəruriliyi ideyası ortaya atılıb ki, bunun da məqsədi aydındır.

ABŞ-a (Qərbə) Cənubi Qafqazda geosiyasi dominantlıq üçün ciddi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin təminatçısı olmaq lazımdır. Prezident İlham Əliyev Qərb formatında aparılan danışıqlar zamanı göstərdiyi yüksək diplomatik performası sayəsində heyrətamiz uğur qazandı.

Brüsseldə, Praqada və Vaşinqtonda Paşinyanın bir neçə mühüm razılaşmaya (Qarabağdan imtina, Azərbaycanın suverenliyini tanımaq) nail oldu. Əslində, Prezident Əliyev Qərb formatında istədiklərini alıb və bu formata bəlkə də daha marağı itib.

ABŞ-ın ölkəmizdə apardığı siyasətdə ardıcıl olmalayıb, o boyda dövlətin Azərbaycanda heç vaxt güvənə biləcəyi adamları da olmayıb. Ölkədəki son həbsləri ABŞ-a bağlayanlar da var, amma o boyda dövlətin pis anlaşılmasın, dollar hərisləri ilə işləyib Azərbaycanda mövqelərini möhkəmlətmək və ya iqtidarı laxlatmaq istəyiblərsə, demək korazehindilər.

Bir bölgədə möhkəmlənmək üçün gərək ən əvvəl ideoloji bağlar axtarasan, istənilən mövzuda ədalətli mövqe tutasan. Amerika Azərbaycana münasibətdə heç vaxt ədalətli mövqe tutmayıb, bu bölgədə möhkəmlənə bilməməsinin ən əsas səbəblərindən biri budur. İkincisi, ABŞ-ın bir müsəlman ölkəsində könüllərdə taxt qurması mümkünsüz işdir. Bunu bir sıra ölkələrdə silah gücünü etməyə çalışıb, amma nəticə yenə xeyrinə olmayıb.

Tramp hakimiyyətinin bir ilindən sonra elan etdi ki, ABŞ daha digər ölkələrin siyasətinə burnunu soxmayacaq. ABŞ-ın necə deyərlər “ipi”ni çəkdi. Amerikanın “dərin dövləti” isə 4 ilinin tamamında ona ikinci müddətə seçkini qazanmağa imkan vermədilər, Tramp tərəfdarları diqqət edin, seçkinin saxtalaşdırıldığına etiraz olaraq Kapitoliyaya hücum da etdilər, hələ də məhkəmləri gedir.

250552801_0_0_3072_1930_1920x0_80_0_0_4f2af23be912dc4e285cb553d9844d0f.jpg (342 KB)

Qafqazda Azərbaycan adlı dövlət var ki, özünə bir inkişaf pəncərəsi açıb, kimisə işinə qarışdırmır, kiminsə işinə də qarışmır. İqtisadiyyatını möhkəmlətməyi, xarabazara çevrilmiş torpaqlarına yeni həyat gətirməyi hədəfləyən, ordusunun döyüş qabiliyyətini gücləndirmək istəyən Azərbaycan Qərbin gözünə ox olub, batır…

Daha çox xəbərlər