Kürdə batan ikinci qardaşın da meyiti tapıldı

Salyan rayonunun Aşağı Noxudlu kəndində Kür çayında batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, R.Sadıqovun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.