BMT-dən Əfqanıstanla bağlı çağırış: Qarşıdurmaları dərhal dayandırın!

BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstandakı qarşıdurmaları dərhal dayandırmağa və danışıqlar prosesinə başlamağa çağırıb.

ARANTV.AZ axar.az-a istinadən bildirir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrikin bəyanatında deyilib.

Bəyanatda münaqişə tərəflərinin hərbi qarşıdurmalar zamanı dinc sakinlərin ölümünə səbəb ola biləcək addımlardan çəkinməli olduqları və heç bir halda hərbi toqquşmaların münaqişənin həll yolu ola bilməyəcəyi qeyd olunub.

Xatırladaq ki, avqustun 10-dan etibarən Əfqanıstanın şərqində hökumət qüvvələri ilə Taliban yaraqlıları arasında qanlı toqquşmalar yaşanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.